Türkiyənin Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfiri Serdar Kılıç Ankaraya çağrılıb.
İsrail və Fələstin arasındakı toqquşmalara görə, Vaşinqton və Tel-Əvivi ittiham edən Ankara ABŞ-dakı səfirini müvəqqəti olaraq Ankaraya çağrılıb.
Səfirin bundan sonrakı siyasi proseslərlə bağlı Türkiyə Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparılacağı bildirilib.
Səfir baş verən olayların ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qəzzaya köçürülməsindən sonra başladığını vurğulayıb.
Qeyd edək ki, son bir neçə gün ərzində Qəzza zolağındakı toqquşmalarda öldürülən fələstinlilərin sayı 63-ə çatıb.