Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşü olub 

Bunu "Report"a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. 

Onun sözlərinə görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, Ermənistandakı vəziyyət müzakirə olunur: "Azərbaycan münaqişənin tezliklə həlli üçün mahiyyətli və predmetli danışıqlara hazırdır" .