Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda 2010-cu il parlament seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Qarabag Seçki Blokunun 74 saylı kənd seçki dairəsindən vahid namizədi, Aydınlar Partiyasının sədr müavini, ?Güzəran? Sosial Araşdırmalar Mərkəzinin sədri Qadir İbrahimlinin məsələsi gündəliyə çıxarılsa da, DSK-nın qərarı qüvvədə saxlanılıb. Bu barədə MİA-ya məlumat verən Q.İbrahimli MSK-nın Dairə Seçki Komissiyasının saxta qərarını təsdiqləməsini pisləyir. Onun sözlərinə görə, MSK da DSK kimi qanunsuz qərar verib və ciddi rəqib olduğu üçün bəri başdan zərərsizləşdirilib.