"Heydər Əliyevin sayəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub-saxlanılıb”.
Bunu Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr edilən təntənəli iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
Parlament sədri qeyd edib ki, Heydər Əliyev həmişə ona bəslənən ümidləri doğruldub: "Azərbaycan onun dövründə inkişaf edib. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dili dövlət dili elan edildi. Onun rəhbərliyi dövründə minlərlə gənc xarici ölklələrə oxumağa göndərildi. Heydər Əliyev Azərbaycana qarşı düşmənçilik mövqeyində olanların qarşısında dayanırdı. 1990-cı illərin əvvəllərində hərc-mərclik ölkəni uçuruma aparırdı. Onun yenidən hakimyyətə qayıdışı ilə Azərbaycan dövləti xilas oldu, inkişaf yoluna qədəm qoydu”.
Parlamentin sədri xatırladıb ki, Heydər Əliyevin 1993-2003-cü illərdə gördüyü işlər hər kəsi heyrətə gətirir, o, ölkədə sabitliyi tam təmin etdi, xalq birliyinə nail oldu.