Bu gün Tiflisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Gürcüstana səfərinin rəsmi hissəsi başlayıb. Gürcüstan Xarici İşlər Nazirliyinin yaydığı xəbərə görə, xarici siyasət idarəsində Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri arasında görüş keçirilib. İkitərəfli görüşdən sonra hər iki XİN rəhbəri birgə brifinq keçirəcək. Qeyd edək ki, bu gün Elmar Məmmədyarov həmçinin Gürcüstanın baş naziri Niko Qilauri və prezident Mixail Saakaşvili ilə görüşəcək. Görüşlər zamanı ikitərəfli maraq kəsb edən məsələlərin müzakirəsi planlaşdırılıb.