Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin deputatlığa namizədliyi qeydə alınıb. MMP mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, H.Hacıyevin namizəd olduğu 31 saylı Suraxanı ikinci seçki dairəsinin Dairə Seçki Komissiyası belə qərar qəbul edib. Verilən məlumata görə, MMP sədri bu gündən təbliğat təşviqat kampaniyasına başlayır.