Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bu həftə Azərbaycana səfər edəcək.

Rusiyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, Q.Karasin mayın 10-da Bakıda "Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs" adlı Rusiya-Azərbaycan tarixi-sənədli sərgisinin açılışına qatılacaq.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti və Rusiya Federasiyasının Prezidenti administrasiyaları tərəfindən keçiriləcək.