Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Karen Karapetyan istefa verib.
Bunu o, özünün "Facebook” səhifəsində yazıb.
K.Karapetyan ölkənin yeni baş naziri Nikol Paşinyanı təbrik edib: "Hamınıza tənqidinizə, ruhlandırıcı sözlərinizə və dəstəyinizə görə təşəkkür edirəm. Bu, çox maraqlı və məsuliyyətli dövr idi. Yeni baş naziri təbrik edirəm. Ona və sonrakı baş nazirlərə uğurlar arzulayıram”/Report
Qeyd edək ki, bu gün Ermənistan müdafiə nazirinin 1-ci müavini də istefa verib.