"Türkiyə ABŞ-ın sanksiyalarına hazırdır”.

Trend-in məlumatına görə, bunu Türkiyənin "Aselsan” hərbi-sənaye şirkətinin baş direktoru Haluk Görgün deyib.

Ankaraya F-35 qırıcılarının tədarükünün Vaşinqton tərəfindən qarşısının alınmasının mümkünlüyündən danışan H.Görgün bildirib ki, Türkiyənin digər ölkələrdən alternativ silah və texnika almaq imkanı var: "Türkiyə yeni növ silahlar hazırlayır və öz müdafiə sənayesini gücləndirir”.