İsrail Suriya prezidenti Əsədi rəsmən ölümlə təhdid edib.

Mia.az "Reuters"ə istinadən bildirir ki, bu barədə İsrailin enerji naziri Yuval Steynitz açıqlama verib.

O, bildirib ki, İsrail indiyə qədər Suriyadakı daxili savaşa müdaxilə etməyib: "Ancaq əgər prezident Bəşər Əsəd İranın Suriya ərazisində əməliyyat aparmasına icazə verməyə davam edərsə, o zaman İsrail kəşfiyyatı onun yerini müəyyənləşdirəcək və rejimi də devirəcək".

"Reuters" İsrailli nazirin bu təhdidinin Əsədin öldürülməsi anlamına gəldiyini yazıb.

Mia.az