Moskvada Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir.

Trend-in məlumatına görə, mərasim ənənəvi olaraq Kreml sarayında keçirilir.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri bu il martın 18-i keçirilib. V.Putin səslərin 76,69 faizini toplayaraq dördüncü dəfə prezident seçilib.