"Bunların söylədiyi tək söz  Ərdoğanı devirməkdi. Deyək ki, buna nail oldunuz. Bu ölkəyə nə vəd edirsiniz?”. 

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Müxalifətə müraciət edən Ərdoğan onlardan düşmənçiliyə son qoymağı tələb edib.

"Bunların söylədiyi tək söz  Ərdoğanı devirməkdi. Deyək ki, buna nail oldunuz. Bu ölkəyə nə vəd edirsiniz? Hansı böyük yatırımlar edəcəksiniz? Kanal İstanbulumu, Yavuz Sultan Səlim Körpüsünümü, Mərmərənimi inşa edəcəksiniz? Siz nə edəcəksiniz  onu deyin. Şəhər xəstəxanalarımı tikdirəcəksiniz? Sizin yanınızdakı adam (Klıcdaroğlu nəzərdə tutulur) SSK-nın başında olarkən millətimi inim inim inlətdi. Biz edəcəklərimizdən deyil, etdiklərimizdən danışırıq. 

Bizə Afrində hücum edənlər bunların hökuməti dövründə hücum etsəydilər, inanın vətən əldən gedərdi. Sizlərdən bunu xahiş edirəm. Qarşınıza gəlib sizdən səs istəyənlər, Rəcəb Tayyib Ərdoğan düşmənçiliyindən başqa bir şeyi vəd etməyənlər, sizə bir şeylər söyləyərsə və siz də buna razısınızsa, səmimi deyirəm, səsinizi onlara verin” - Ərdoğan belə deyib/Avropa.info.