Türkiyə ana müxalifət partiyası olan CHP iyunun 24-də keçiriləcək seçkidə Prezidentliyə  namizədinin adını açıqladı.

Mia.az bildirir ki, bu partiyanın Yalovadan millət vəkili seçilmiş Müharrəm İncədir. O, bu gün namizədliyi elan olundan sonra partiyadaşları qarşısında kiçik mitinq təşkl edib. 

Bildirib ki, hazırda xəstəxanada olan CHP-nin sabiq lideri Dəniz Baykalın yanına gedib, xeyir-duasını alacaq, bundan sonra Yalovaya gedib atasının məzarını ziyarət edib, anasının əllərini öpüb, rəsmən namizəd kimi təbliğata başlayacaq: "İlk mitinqi də Yalovada başladacam. Ramazan ayında gecə saat 1-də də mitinq keçirəcəyik. Bizim sloqanımız "Bəhanə yox, mərifət var" olacaq".

Mia.az