Daznaklar Bakıya gəldilər
Bakıda keçirilən Sosialist İnternasionalının MDB, Qafqaz, Qara dəniz Ölkələri üzrə Komissiyasının toplantısında iştirak etmək üçün erməni nümayəndə heyətinə icazə rəsmi Bakı tərəfindən verilib.
Sosinternin Azərbaycandan olan üzvü ASDP-nin həmsədri Araz Əlizadə verib. Onun sözlərinə görə, bununla bağlı ASDP ilə hər hansı müzakirə aparılmayıb. ?Azərbaycan BMT-nin üzvüdür və bununla bağlı beynəlxalq öhdəlikəri də riayət edib. Bu situasiya İran prezidenitinin ABŞ-a səfərlərini xatırladır. Amerikanın Əhmədinejatdan zəhləsi getsə də, onun BMT-də keçirilən iclasa qatılmalarına mane olmurlar?-deyə A.Əlizadə bildirib.
Erməni nümayəndə heyətinin tərkibinə ?Daşnaksütyun?ün üzvü, lomissiyanın sədri Mario Nalbandyan, və ?Daşnaksütyun?un siyasi məsələlər üzrə rəhbəri Kiro Manoyan daxildir. Nümayəndə heyəti artıq Bakıya gəlib.
Qeyd edək ki, tədbir artıq başlayıb və "Park-İNN" otelində keçirilir.
Sosinternin Bakıdakı toplantısında Avropanın və bölgənin sosial-demokrat, sosialist partiyalarının nümayəndələri iştirak edəcək. İclasın gündəliyinə regional münaqişələrin müzakirəsi, bölgə ölkərində gedən proseslər və sosial-demokratiyanın regionda inkişafı məsələlərinin müzakirəsi daxildir.
moderm.az
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51