Rusiyanın Su-30SM hərbi təyyarəsi Suriyanın Lazakiya əyalətində qəzaya uğrayıb.
"Report” "Hürriyet”ə istinadən xəbər verir ki, hadisə əyalətin Ceble şəhərində qeydə alınıb.
Təyyarə Aralıq dənizinə düşüb, nəticədə göyərtədəki iki pilot ölüb.
Rusiyanın Müdafiə Nazirliyi xəbəri təsdiqləyib.