Son məlumatlara görə, Azərbaycanda 125 seçki dairəsi üzrə 1438 nəfərin Milli Məclis üzvlüyünə namizədliyi təsdiq edilib. Bu barədə MSK sədri Məzahir Pənahov qurumun iclasında məlumat verib. Namizədliyi təsdiqlənən şəxslərdən 1411 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri götürüb. İndiyədək 501 nəfərin namizədliyi qeydə alınıb. Ölkə ərazisində səsverməni müşahidə etmək üçün MSK-ya 1083 müraciət daxil olub. Bütün müraciətlərə müsbət cavab verilib. M.Pənahov bildirib ki, bu günə qədər 48 beynəlxalq müşahidəçi akkreditasiya olunub. Bu müşahidəçilər 24 ölkədən təmsil edir. MDB-dən isə 12 müşahidəçi qeydə alınıb.