Britaniyanın daxili işlər naziri Ember Radd vəzifəsindən istefa verib.

Bu barədə "Sky News" məlumat yayıb.

Nəşr bunu Daxili İşlər Nazirliyinin ölkədəki miqrantların deportasiya edilməsi qalmaqalı ilə əlaqələndirib.

Radd 2016-cı ilin 13 iyulunda DİN rəhbəri təyin olunub. Buna qədər o, Devid Kemeron hökumətində energetika və iqlim dəyişikliyinə qarşı mübarizə naziri olub/Report.