Beş Xəzəryanı ölkə - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin sammiti dekabrda Bakıda keçiriləcək. Bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ramin Mehmanpərəst məlumat verib. Onun sözlərinə görə, dövlət başçılarının Bakı görüşündə Xəzər dənizinin dibi və sərvətlərinin bölüşdürülməsi, həmçinin onun hüquqi statusunun müəyyən edilməsi məsələləri müzakirə olunacaq. Qeyd edək ki, əvvəllki görüşlərdə Xəzərin statusu üzrə məsələnin 70 faizi öz həllini tapmışdı. Bakıda müzakirə olunacaq yerdə qalan 30 faiz məsələ isə xüsusi olaraq ciddi yanaşma tələb edir. Bu məqsədlə ekspertlərin müşavirəsi keçiriləcək. Qeyd edək ki, bu günədək sahil dövlətlər 2003-cü ilin noyabrında Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə sənədi imzalayıblar.