Fransa Suriyada və beynəlxalq koalisiyada hərbi iştirakını genişləndirəcək.
Bunu Vaşinqtonda keçirilən mətbuat konfransında Fransa prezidenti Emmanuel Makron deyib.
"Biz iştirakımızı davam etdirəcəyik, beynəlxalq koalisiyanın yeni çərçivələrində iştirakımızı genişləndirəcəyik", - deyə o, bildirib.
Makron həmçinin Parisin ABŞ-ın Suriyanın şimalında, xüsusilə Fərat çayının şərqində olmasını dəstəklədiyini qeyd edib/Report.