KXCP-nin namızədlərina qarzı təzyiqlər davam edir
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) deputatlığa irəli sürülmüş namizədlərinə qarşı ciddi qanun pozuntularının olması ilə bağlı məlumat yayıb. KXCP-nin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, namizədlərdən 4-ü lazım olan seçki sənədlərini DSK-lara təqdim etmələrinə baxmayaraq, qeydə alınmalarından qanunsuz olaraq imtina qərarları verilib.
Partiya namizədlərinə qarşı yerli hakimiyyət orqanlarının geri çəkilmək üçün müxtəlif qanunsuz təqib və təzyiqlər edildiyini və artıq 4 nəfərin bu addımı atdığını bildirib. Partiya 103 saylı Gədəbəy, 85 saylı Şamaxı, 86 saylı İsmayıllı, 96 saylı Goranboy-Naftalan, 116 saylı Qəbələ, 09 saylı Binəqədi ikinci, 11 saylı Qaradağ və bir sıra seçki dairələrinin ərazisində ciddi qanun pozuntularının baş verdiyini bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51