Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın yaxın aylarda Azərbaycana səfər edəcək. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç məlumat verib. Onun sözlərinə görə, səfər Əməkdaşlıq Şurasının toplantısı ilə bağlı baş tutacaq. Hazırda isə toplantı ilə bağlı iş gedir. "Yeni razılaşma sənədlərinin üzərində çalışırıq. Bu səfər ya dekabrda, ya da gələn il baş tuta bilər. Bura bizim ikinci vətənimizdir. Baş nazirimiz istədiyi vaxt gələcək. Hansı sənədlərin imzalanacağını toplantıdan əvvəl deyəcəyik. İndidən nə isə demək mümkün deyil?, - deyə Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç deyib.