"Dostlar, sosial şəbəkədə mənim idman naziri olacağımla bağlı aparılan kampaniyanı qəbul etmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm, statusu siləsiniz və bu, ölkə rəhbərinin kadr siyasətinə ziddir".
Mia.az xəbər verir ki, bu sözləri deputat Adil Əliyev sosial şəbəkədə yazıb.
Deputat bildirib ki, Azad Rəhimov yaxın dostudur, həm də yaxşı insandır: "Federasiya olaraq, nazirliklə sıx əməkdaşlığımız var. Bundan çox məmnunam.
Bu gün kimisə facebook üzərindən hansısa vəzifəyə təyin etmirlər. Ölkə rəhbəri cənab prezident yaxşı bilir ki, kimi hansı vəzifəyə təyin etmək lazımdır. Mən, millət vəkili olaraq millətimə, xalqıma xidmət edirəm. Burada da çox rahatam. Nə də ki, vətənimə, dövlətimə hansısa vəzifəyə görə xidmət etmirəm. Xoş arzu və istəklərinizə görə hər kəsə təşəkkür edirəm".
Mia.az