İran ABŞ prezidenti Donald Trampın mayda nüvə proqramına görə tətbiq edilmiş sanksiyaların 2015-ci il Vyana sazişindən sonra dondurulma müddətini uzatmayacağı təqdirdə, onu bərpa etməyə hazırdır.

 TASS xəbər verir ki, bu bəyanatla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.

O bildirib ki, beynəlxalq ictimaiyyət İranı birtərəfli qaydada sövdələşməyə əməl etməyə çağıra bilməz.

Tramp mayın 12-də sanksiyaların növbəti müddətə dondurulması barədə qərar qəbul etməlidir. Qərar qəbul olunmayacağı təqdirdə, sanksiyalar avtomatik bərpa olunacaq/Report