?Qarabağ? blokunun vahid namizədi, Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimlinin deputatlığa namizədliyi qeydə alınıb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Aydınlar Partiyasının mətbuat xidmətindən məlumat daxil olub. Verilən məlumata görə, 10 Saylı Binəqədi Üçüncü Seçki Dairəsidən namizəd olan Q.İbrahimli oktyabrın 2-də imzatoplama kampaniyasını başa vuraraq sənədləri DSK-ya təqdim etmişdi. DSK sənədləri yoxladıqdan sonra bu gün Q.İbrahimlinin namizədliyini qeydə alıb.