?Insan Naminə? siyasi partiyalar blokundan deputatlığa namizəd, VİP sədri Əli Əliyevin imza toplama kampaniyası başa çatıb. Blokun mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, imza vərəqələri və qanunauyğun olaraq digər sənədlər namizədliyin qeydə alınması üçün 15 saylı Yasamal birinci dairə seçki komissiyasına təqdim edilib. Qeyd edək ki, qananvericiliyə görə, DSK 7 gün ərzində bütün sənədlərə baxıb qərar verməlidir.