Oktyabrın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. İclasda Milli Məclisə keçirilən seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Müraciətlərdən 1-nin araşdırılması prosesində mübahisə predmeti aradan qalxdığına görə həmin müraciətin baxılmasına xitam verilmiş, 2-nin araşdırma müddəti uzadılmış, 3-nün isə aidiyyatı üzrə baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul edilib. Mərkəzi Seçki Komissiyası 61 saylı Neftçala, 92 saylı Zərdab ? Ucar seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edib. Komissiyanın iclasında cari məsələlərə də baxılıb. İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.