Türkiyənin növbədənkənar prezident və parlament seçkilərinə getmə qərarı müxilif partiyaları da hərəkətə gətirib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP-yə müxalif olan Səadət partiyasının sədri Temel Karamollaoğlu seçki ilə bağlı ilk açıqlama verib.

O deyib ki, bütün partiyalarla dialoqa açığıq: "Hətta fürsət yaranarsa, keçmiş prezident Abdullah Güllə də görüşəcəyik".

Karamollaoğlu erkən seçki qərarının Maral Akşenerənin lideri olduğu "Yaxşı" (İYİ) partiyanın önünü kəsmək üçün alınmasına da şərh verib: "Bəli, bu partiyanın qarşısını kəsmək üçün AKP ağıla və xəyala gəlməyəcək addım atdı. Birbaşa dövləti bu partiyanın qabağına çıxardılar. Lakin hörmətli Akşener iddiasından geri çəkilmədi, onunla da görüşəcəyik".

Mia.az