?Demokratiya? blokunun deputatlığa daha bir namizədi qeydə alınıb. Vətəndaş Həmrəyliyi Partiyasının mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, 64 saylı Sabirabad ikinci seçki dairəsindən namizədliyini irəli sürən VHP-nin təşkilat şöbəsinin müdiri Samir Əsədlinin namizədliyi DSK tərəfindən rəsmiləşib. S.Əsədli dairəyə 500 imza təqdim edib və komissiya onun bütün imzaların həqiqiliyini təsdiqləyib. Xatırladaq ki, hazırda ?Demokratiya? Blokunun 7 namizədi qeydə alınıb.