Azərbaycan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının İtaliyanın Palermo şəhərində keçiriləcək iclasına qatılacaqlar. Milli Məclisin mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti sabah keçiriləcək iclasa qatılmaq üçün bu gün İtaliyaya yola düşəcək. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyət Aslanova və deputat Fazil Mustafa daxildir. Sessiyanın əvvəlki iki günü ATƏT PA-nın Aralıq dənizi forumunun keçirilməsinə həsr olunacaq. Oktyabrın 9-da isə sessiya çərçivəsində ?Transmilli mütəşəkkil cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə? mövzusunda konfrans keçiriləcək. Konfransda korrupsiya və insan alveri ilə mübarizə məsələləri müzakirə ediləcək. Sessiyanın yekununda daimi komitənin iclası keçiriləcək. İclasda ATƏT PA-nın qarşıdakı dövr üçün fəaliyyət proqramına baxılacaq.