Türkiyənin Baş naziri Binəli Yıldırım bu gün keçirdiyi mitinqdə koalisiya qüvvələrinin Suriyaya zərbə endirməsini həm alqışlayıb, həm də Qərbə mesaj verib.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Suriyada 7 ildir rejimin xalqa zülm etdiyini deyib: "Lakin bu 7 il ərzində onun zülmünü görmürdülər sanki. İndi kimyəvi silah söhbəti ortaya çıxan kimi, ortaq hərəkətə keçdilər. Oysa ki, belə hücumlar 7 il əvvəldən olmalıydı".
Yıldırım qeyd edib ki, Türkiyə ABŞ, Fransa və İngiltərənin Suriyaya birgə hücumunu dəstəkləyir: "Səhər saatlarında ABŞ və koalisiya müttəfiqləri Suriyaya qarşı əməliyyat keçirdi. Bunu müsbət bir addım kimi qiymətləndiririk, ancaq daimi sülh üçün daha çoxuna ehtiyac var”.
Mia.az