Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün Suriya ilə bağlı müzakirə aparıblar.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hər iki ölkənin lideri telefonda Suriyaya ötən gecə ABŞ, Fransa və Britaniyanın birgə hücumu ətrafında söhbət ediblər.
Söhbətdə Ərdoğanın hücumu dəstəkləyərək, davam etdiirləməsinin vacibliyini önə çəkdiyi bildirilir
Lakin müzakirənin detalları haqda ətraflı məlumat verilməyib.
Mia.az