"Suriyanın Duma şəhərindəki kimyəvi hücum cavabsız qalmadı".

Trend-in məlumatına görə, bunu Suriyaya Qərb koalisiyası tərəfindən endirilən aviazərbələri şərh edən Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

O bildirib ki, hava zərbələrinin hədəfi Suriyada hərbi münaqişənin sona çatdırılmasıdır.

 Xatırladaq ki, gecə saatlarında ABŞ, Böyük Britaniya və Fransa Silahlı Qüvvələri Suriyada kimyəvi hədəflərə hava zərbələri endiriblər.

Zərbələr zamanı 100-dən çox raket buraxılıb. Əməliyyat zamanı 3 nəfərin xəsarət aldığı bildirilib.