Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı "Qızıl amnistiya" verilməlidir.
Müsavat Partiyasının mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, bunu partiyanın başqanı Arif Hacılı deyib.
Ölkədə köklü islahatlara ehtiyac olduğunu bildirən Arif Hacılı siyasi məhbusların azad olunmasını tələb edib: "Ölkədə 150-yə yaxın siyasi məhbus var. Onlardan başqa on minlərlə məhbus var ki, polisə, prokurora, məhkəməyə rüşvət verməyə imkanı olmadığı üçün həbsdədir. Cümhuriyyətin 100 illiyi ilə əlaqədar "Qızıl amnistiya" verilməli, həmin məhbuslar azad edilməlidir”.