Azərbaycan Respublikasının 2011-ci il üçün dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub. 2011-ci ilin dövlət büdcəsi layihəsində gələn il üçün yaşayış minimumu ölkə üzrə 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində nəzərdə tutulub. Verilən məlumata görə, 2011-ci ilin dövlət büdcəsi layihəsində ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 75 manat məbləğində nəzərdə tutulub.