Sabah Azərbaycanda keçiriləcək Prezident seçkilərində 4 təşkilat ekzit-poll təçkil edəcək.
Mia.az xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov açıqlayıb.
Həmin təşkilatlar isə "Els” Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın "Opinion Uey” təşkilatıdır.
M.Pənahov onu da bildirib ki, MSK səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19.00) ilkin məlumatlar verəcək.