Suriyanın Şərqi Quta bölgəsində tətbiq edilən kimyəvi silah ABŞ tərəfindən cavabsız buraxılmayacaq.
Mia.az xarici mətbuata istinadən bildirir ki, bunu ABŞ-ın müdafiə naziri Ceyms Mattis bəyan edib.
Pentaqon şefi bildirib ki, hazırda Suriya ilə bağlı bir neçə hərbi plan müzakirə edirlər. O, Suriyaya qoşun göndərə biləcəklərini də istisna etməyib: "Bunların arasında quru əməliyyatı da gözdən keçirilir".
Mia.az