Suriya prezidenti Bəşər Əsəd Şərqi Qutaya atılan kimyəvi silahla bağlı ABŞ və Avropa ölkələrinin bəyanatlarını lağa qoyub.
Mia.az xarici mətbuata istinadən xəbər verir ki, o, kimyəvi silahla bağlı xəbərləri yalan adlandırıb.
Deyib ki, Şərqi Qutadan paylaşılan fotolardakı insanların ağızlarına taxılan tibbi ləvazimatlar "saxta nömrə"lərdir: "Bu xəbərlərin yayılması və ümumiyyətlə, bizim Şərqi Qutanın Duma ərazisində kimyəvi silahdan istifadə etməyimizlə bağlı yayılanlar təxribat olmaqla, oradakı terrorçuları qorumaq məqsədi daşıyır".
Xatırladaq ki, dünən Şərqi Qutada müxaliflərin nəzarətindəki Duma ərazisinə kimyəvi silahla edilən hücum zamanı 80 nəfərin öldüyü, yüzlərlə dinc sakininin isə zəhərləndiyi haqda foto, videolar yayılıb.
Bundan sonra ABŞ prezidenti Donald Tramp Əsədi təhqir etməklə hədələyib: "Heyvan Əsəd bu hücumun cavabını çox ağır ödəyəcək".
Bundan başqa Avropa Birliyi, o cümlədən Türkiyə də bu hadisəni kəskin qınayaraq, "Əsəd bunun cavabını verməlidir" bəyanatı veriblər.
Fransa isə BMT Təhlükəsizlik Şurasının bu hücuma görə təcili toplanmasını tələb edib.
İsrail isə dünən gecə Suriya ordusunun aviabazasını bombalayıb.
Mia.az