Azərbaycan Təkamül Partiyasının (ATP) sədri Teyyub Qənioğlunun sədrliyi ilə Mərkəzi Şuranın (MŞ) Siyasi Bürosunun iclası keçirilib.
Partiyadan Mia.az-a verilən məlumata görə, iclasda ölkəmizdə mövcud ictimai-siyasi vəziyyət və növbədənkənar prezident seçkilərində partiyanın iştirakı ilə bağlı məsələlər müzakirə edilib.
Teyyub Qənioğlu ölkəmizdə mövcud ictimai-siyasi vəziyyətlə bağlı məruzə ilə çıxış edib, 2015-ci ildə manatın 2 dəfə kəskin devalvasiyasından sonra istehlak mallarının qiymətlərinin artması meylinin davam etdiyinə, inflyasiyanın səviyyəsinin artdığına, xalqın yaşayış səviyyəsinin pisləşməkdə davam etdiyinə, müxtəlif kateqoriyalı işçilərin əmək haqqının artırılması səviyyəsinin qiymətlərin artmasına adekvat olmadığına və bunun ölkəmizdə sosial gərginliyin artmasına təsir edə biləcəyinə xüsusi diqqət yetirib.
Teyyub Qənioğlu ölkədə yaranmış mövcud vəziyyəti nəzərə alaraq əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması üçün hökumət tərəfindən daha səmərəli tədbirlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib.
Daha sonra Prezident seçkiləri müzakirə olunub və seçkilərdə BAXCP-nın namizədi Qüdrət Həsənquliyevin namizədliyinin dəstərklənməsi ilə bağlı qərar qəbul edilib.
Mia.az