Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin iki yunan əsgərini buraxmaması FETÖ üzvlərinin Yunanıstanda isti qarşılanmasıdır. Hansı ki, Ankara çevriliş cəhdindən sonra Yunanıstana qaçan keçmiş ordu mənsublarının dərhal təhvil verilməsini tələb edib. Afina isə bu tələbi rədd edib. O üzdən Türkiyədə hazırda həbsdə saxlanılan iki yunan əsgərinin FETÖ üzvləri ilə dəyişdiriləcəyi xəbərləri yayılıb.
Yayılan xəbərlərə isə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ aydınlıq gətirib. Onun sözlərinə görə, belə iddia əsassızdır: "Türkiyədə həbsdə olan Yunanıstanlı əsgərlərin dəyişdirilməsi müzakirə mövzusu deyil".
Mia.az