Almaniyanın Münster şəhərin naməlum şəxs yük avtomobilini insanların üstünə sürüb.

Mia.az Sputnik-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 3 nəfərin öldüyü, 30 nəfərin yaralandığı açıqlanıb.

Dərhal olay yerinə çoxlu sayda polis cəlb edilib və cinayətkarın tutulması üçün əməliyyat başlayıb. Ərazi nəzarətə götürülüb.

Hadisənin terror hücumu olub-olmadığı blinmir.