"Yeni Müsavat"ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayım qonağı prezidentliyə namizəd Hafiz Hacıyev olub.
Baş tutan canlı yayımda H.Hacıyevlə həm seçki mühiti, həm də ölkədəki ictimai-siyasi proseslərlə bağlı danışılıb. Seçkini boykot edən müxalifət, keçirilən mitinqlər, eləcə də söyüş ritorikası haqqında müzakirələr aparılıb. Bununla yanaşı yüzlərlə izləyicilərin sualları canlı yayımda səsləndirilib.
