Fransa Skripal olayı ilə bağlı Rusiyanın suallarını cavablandıra bilməyib.
Bu sözləri öz Feysbuk səhifəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Fransa Rusiya tərəfindən Skripal olayı ilə bağlı qoyulan sualları cavablandıra bilməyib. Özünün mövqeyini izah edərkən Fransa Xarici İşlər Nazirliyi sualları əsassız adlandırıb və Britaniyanın ona araşdırma ilə bağlı ətraf məlumat verdiyini bəyan edib”, – deyə o bildirib/Axar.az.