?Azərbaycanda parlament seçkilərinin demokratik keçirilməsi üçün bütün imkanlar mövcuddur. Seçkilərin azad və ədalətli keçiriləcəyinə şübhə yoxdur?. Bu fikirləri Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. F.Ağamalı bildirib ki, müvafiq dövlət orqanları seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər. Onun sözlərinə görə, qanunun imkan verdiyi şəraitdə istənilən şəxslər, siyasi partiyalar bərabər şəkildə mübarizə aparmaq imkanına malikdir. ?Bəzi müxalifət partiyaları əsassız çıxışlar etməklə məşğuldurlar ki, bu da onların ənənəvi xarakterindən irəli gəlir. Onsuz da cəmiyyət üçün onların mövqelərinin heç bir əhəmiyyəti yoxdur?- deyə o, qeyd edib.