Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

İclasda əfvlə bağlı 100-ə yaxın müraciətə baxılıb və onların əksəriyyətinə müsbət rəy verilib. İndiyədək keçirilən iclaslarda 500-ə yaxın müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.