Azərbaycanda 9400-dən çox ahıl pensiyaçı var
Azərbaycanda yaşı 90-dan artıq 9400-dən çox ahıl pensiyaçı var. Dövlət Sosial Müdafiə Fondu 1 oktyabr Beynəlxalq Ahıllar Günü ilə bağlı açıqlama yayıb. MİA-ya daxil olan açıqlamada qeyd olunur ki, Azərbaycanda əmək pensiyaçılarının 371 mindən çoxu ahıl vətəndaşlardır. Onların təxminən 1/3-i kişilər, əksəriyyəti qadınlardır. Ahıl pensiyaçıların çoxu 70-80, daha sonra 80-90 yaş arası, 9401 nəfəri isə 90-dan artıq yaşı olan vətəndaşlardır.
?Ahıllara sosial xidmət haqqında? qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan vətəndaşları ahıl hesab olunur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19