Xəbər verildiyi kimi, Lənkəranda avtoqəza nəticəsində bir ailədən 7 nəfər həlak olub.
Baş verən faciəli hadisə ilə bağlı Azərbaycan Liberal Partiyası bəyanat verib.
Bəyanatda deyilir ki, ölkədə hər gün baş verən "avtoqəza qırğının” əsas səbəbi gələcək sürücülərin yüksək peşəkar səviyyədə hazırlanmaması, yol polisi əməkdaşlarıın, təpədən dırnağa, həyat tərzinə çevrilmiş rüşvətxorluğu və məmur oğurluğu nəticəsində tikilən yolların keyfiyyətsizliyindədir:
"Məhz polis əməkdaşlarının, yol tikintisinə məsul məmurlarn rüşvətxorluğu, oğurluğu nəticəsində yol hərəkəti qaydalarını mükəmməl bilməyən insanlara sürücü vəsiqəsi verilir, yol hərəkəti qaydaları heç bir cəzadan çəkinməyən sürücülər tərəfindən addımbaşına pozulur, 30 il zəmanətlə tikilmiş yollar 2-3 ildən sonra dağılır".
Azərbaycan Liberal Partiyası ölkə rəhbərliyini daxili işlər orqanlarında və yol tikintisində rüşvətxorluğa və büdcə pullarının oğurlanmasına son qoyulmasına, sürücülərin hazırlanmasında, imtahan vermələrində tələbkarlığın, yol hərəkətində qanuni, rüşvətsiz ictimai və dövlət nəzarətinin artırılmasına çağırır.