Türkiyə prezidenti Ərdoğan Suriyada aparılan əməliyyatın davam edəcəyinin siqnalını verib.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bugünkü toplantıda bildirib ki, Türkiyənin Suriyada terrorçulara qarşı apardığı əməliyyatdan Fransanın narahat olması anlaşılmazdır:
"Bu əməliyyatımız nədənsə Fransanı narahat etməyə başlayıb. Amma bunun heç bir əhəmiyyəti yoxdur, biz öz yolumuzu davam etdirəcəyik, əməliyyat Afrində də, ona yaxın ərazilərdə də gedəcək. Kimsə Türkiyəni terrorla təhdid edə bilməz".
Daha sonra Ərdoğan İsrailin Baş nazirinə Fələstindəki vəziyyətlə bağlı sərt mesajlar göndərib.
Mia.az