Milli Məclisin xüsusi iclasında Azərbaycanlıların soyqrımının 100 illiyi mövzusunda müzakirələr davam edir.

İclasda deputat Fazil Mustafa deyib ki, bundan sonra nələr edəcəyimiz haqda düşünməliyik.

O bildirib ki, bu gün vəfa borcumuzu necə yerinə yetirməyimiz haqda müzakirələr aparmalıyıq: "Məsələn, Sarbonna Universitetində oxuyan Əhməd bəy Ağayev 1905-1906-cı illər soyqrımı zamanı belinə tapança bağlayaraq qoçuları, digər gənc azərbaycanlıları birləşdirərək dirəndi. Bunun nəticəsində "Difai" kimi təşkilat meydana çıxdı. Biz belə məqamlara da xüsusi diqqət etməliyik”.