Milli Məclisin bugünkü iclasında deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Müsavat Partiyasının ünvanına sərt ittihamlar səsləndirdi. MİA-nın xəbərinə görə, deputat Müsavatə iqtidarla gizli danışıqlara getməkdə ittiham edib. O bildirib ki, indiyədək MSK-ya nümayəndə göndərməkdən imtina edən Müsavat Partiyasının birdən-birə əks addım atması hansısa razılaşmanın göstəricisidir. Deputatın fikirləri ilə razılaşmayan Oqtay Əsədov isə iqtidarın hər hansı müxalifət partiyası ilə gizli danışıqlar aparmadığını deyib.