Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Brüsselə səfər edib. XİN mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, səfərdə məqsəd NATO-Azərbaycan münasibətləri məsələlərini müzakirə edilməsidir. 1 oktyabr tarixində E.Məmmədyarovun NATO Baş Katibinin müavini K. Bizonyero ilə ikitərəfli görüşü, sonra isə nazir rəhbərlik etdiyi Azərbaycan heyətinin Şimali Atlantika Şurası ilə 28+1 formatda iclası keçiriləcək.